-
- 25-02-2020, 14:27
- 1 069
Bakıda vəzifəli qadını aldadıb külli miqdarda pulunu ƏLƏ KEÇİRDİLƏR
Bakıda qadına qarşı dələduzluq etmiş şəxslə bağlı Ali Məhkəməyə müraciət edilib.
News24.az-ın məlumatına görə, Qənizadə Esmira Cəfər qızına qarşı dələduzluq etmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni, dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Taksin Çalışkan barəsindəki müraciətə məhkəmənin hakimi İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Türkiyə vətəndaşı T.Çalışqan Esmira Qənizadənin etibarın sui-istifadə edərək ona qarşı külli miqdarda ziyan vurub.
Belə ki, o, qadına Türkiyədən Azərbaycana brend saat firmasının mallarını gətirəcəyini vədi verib, ondan 58 min manat pul alıb. Daha sonra T.Çalışqan verdiyi vədə əməl ətməyib.
Zərərçəkmişin şikayəti əsasında saxlanılan T.Çalışqan barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırda ev dustaqlığındadır.
Xatırladaq ki, E.Qənizadə uzun müddət Xətai rayon Qeydiyyat şöbəsinin rəisi olub. I dərəcəli ədliyyə qulluqçusudur.