"Mənəvi dəyərləri yox etməyə çalışan insanların cəmiyyətinə çevirilirik" - BRİLLİANT DADAŞOVA
    • 27-02-2020, 12:24
    • 826

"Mənəvi dəyərləri yox etməyə çalışan insanların cəmiyyətinə çevirilirik" - BRİLLİANT DADAŞOVA

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə həyat yoldaşı və xalası oğluya birgə fotosunu paylaşıb.

News24.az xəbər verir ki, cütlüyün toy şəklinə Dadaşova olduqça sərt şərh yazıb: "Bu, Ədalət müəllimlə toy şəklimizdir – Ortadakı Bakıda böyümüş, Qarabağı heç görməmiş və könüllü olaraq müharibəyə gedib Ağdamda şəhid olan xalamoğlu Elçindir. Arxada dayanan qadın başqa bir qohumumuzdur – onun da oğlu Azər Naxçıvanda şəhid olub. İndi şəhidlərimizə baxıb düşünək...  Onlar şirin canlarını qurban verdilər və bizə azad, müstəqil cəmiyyəti yaratdılar. İndi isə həmin cəmiyyəi müğənnisini, mədəni irsini, həmvətənlərini təhqir edən, bir-birinə qənim kəsilib ətini didən, bir-birinə şər-böhtan atan, ayağının altını qazan bir mühitə çevrildi. Biz müstəqilliyi, söz azadlığını sui-istifadə edən bir cəmiyyət yaratdıq. Yavaş-yavaş mənəvi dəyərlərini yox etməyə çalışan insanların cəmiyyətinə çevirilirik. Ruhları şad olsun...".

Sözügedən fotonu təqdim edirik:

Sevda Bayramova