"Bu yazıdan sonra üstümə hücumlar daha da artacaq..." - BRİLLİANT DADAŞOVA
    • 29-04-2020, 10:46
    • 549

"Bu yazıdan sonra üstümə hücumlar daha da artacaq..." - BRİLLİANT DADAŞOVA

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə etdiyi sonuncu paylaşımı ilə diqqət çəkib.

News24.az
xəbər verir ki, sənətçi Kim Kardaşyanın şəklini paylaşıb "Kimin ombası qədər olmayan Xalq artistlərimiz" sözünü yazan "İnstagram" səhifəni tənqid edib: "Əziz dostlar, öz xalqının nümayəndələrini təhqir edən bu səhifəyə diqqətlə baxın. Üzümü sizə tutub demək istəyirəm ki, kimisə təriflmək istəyirsinizsə, bəhanə axtarmayın. Müharibə şəraitində olduğumuz insanlar - sizdən fərqli olaraq öz millətinin nümayəndəsi olan bu qadını heç bir zaman pisləməz. Nə olursa olsun, pisləməz. Siz və sizin kimilər isə öz xalqının tanınmış simalarını alçaltmaq üçün bütün vasitələrdən istifadə etmisiniz: şər, böhtan, uydurma hekayələr və sair... Bilirəm, bu yazıdan sonra üstümə hücumlar daha da artacaq. Amma bilin ki, bura yazdığınız başlıq birbaşa özünüzə yaraşır".

Sevda Bayramova