-
- 27-02-2020, 12:06
- 692
"Gələn xarici vətəndaşların sayında 10 faizlik artım proqnozlaşdırırdıq"- Turizm Agentliyinin sözçüsü
Ötən il Azərbaycan turizmi mənfi tendensiya ilə başlamışdı, bu il isə müsbət tendensiya ilə başlayıb. İndi koronavirusa görə bu dövrləri müqayisə etmək hələ tezdir.
News24.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, koronavirus Azərbaycanın sərhədlərinə təzə gəlib. "Yanvarda koronavirus Çində var idi, lakin bir o qədər də qlobal səviyyədə deyildi. Yanvarda gələn turistlərin sayında 18 faiz artım var idi. Fevralda da rəqəmlər müsbət olacaq, çünki bazar bir o qədər də reaksiya verməyib. Fevralın ikinci dekadasındaı İran təşvişi yaşanmayıb. Lakin fevralın 3-cü dekadasında bunula bağlı dünyada vəziyyət dəyişdi. Italiya, Avropanın digər ölkələri, Gürcüstanda xəstəlik aşkarlandı, Türkiyə sərhədlərini bağlayıb. Ətraf ölkələrdə ciddi problemlər var".
K.Quluzadə hesab edir ki, martın birinci yarısının sonunda tendensiyanın nədən ibarət olacağı, rəqəmlərin neçə dəyişəcəyi bilinəcək.
"Biz ümid edirik ki, illik rəqəmlərimiz mənfi olmayacaq. Ola da bilər, bu hadislərin gedişatından asılıdır. Amma gözlədiyimiz qədər proqnozlaşdırma çətindir. Ötən ilin sonunda biz gələn xarici vətəndaşların sayında 10 faizlik artım proqnozlaşdırırdıq. Yəqin ki, bu rəqəm artıq alınmayacaq".
Afaq Mirayiq