-
- 17-04-2019, 14:30
- 1 425
Qalmaqalla ayrılan azərbaycanlı müğənni və prodüser barışdı – VİDEO
Bir müddət öncə qalmaqallı şəkildə işbirliklərinə son verən müğənni Əhməd Mustafayevlə keçmiş prodüseri Tural Nəbiyev barışıb.
News24.az xəbər verir ki, T.Nəbiyev ifaçının dəvəti ilə onun toy məclisinə qatılıb. O, Ə.Mustafayevlə 6 illik dostluğunun olduğunu və son bir neçə ay əvvəl aralarında yaranan mübahisəyə görə, işbirliyi ilə yanaşı, şəxsi münasibətlərinin də pozulduğunu bildirib.
Əhməd Mustafayev isə Tural Nəbiyevlə aralarında yaşanan qalmaqalın keçici olduğunu açıqlayıb: “Mən heç kimlə küsülü qalmaq istəmirəm. Düşünürəm ki, insanların arasında küsülülük olmamalıdır. Bunları aradan qaldırıb, mehriban olmaq lazımdır”.