Bakıda AA seriyalı bahalı avtomobil hərəkəti iflic etdi – VİDEO
    • 27-02-2020, 11:58
    • 700

Bakıda AA seriyalı bahalı avtomobil hərəkəti iflic etdi – VİDEO

Bakıda bəzi sürücülərin parklanma qaydalarını pozması hərəkətin çətinləşməsinə səbəb olur.

News24.az-ın məlumatına görə, Eldar Babayev küçəsində yerləşən “Yeganə” şadlıq evi istiqamətində hərəkət edən avtomobil yol kəsişməsində “Audi Q7” markalı AA seriyalı avtomobil dayanıb.

Sürücünün bildirdiyinə görə, həmin avtomobilin qarşıdakı nəqliyyat vasitəsinə yol verdiyini, yaxud qarşıda hər hansı hadisənni baş verdiyini zənn edərək onun hərəkətə başlamasını gözləyib. Lakin bahalı avtomobillərdən sayılan “Audi Q7”nin hərəkət etmədiyini görən sürücü onu keçmək qərarına gəlib və yolun ortasında dayanmış avtomobilin sürücüsünün sükan arxasında olmadığını, yolun ortasında park edərək getdiyini görüb.