Bakıda avtomobil aşdı - ÖLÜ VƏ YARALILAR VAR
    • 2-03-2020, 12:14
    • 924

Bakıda avtomobil aşdı - ÖLÜ VƏ YARALILAR VAR

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, fevralın 29-da saat 19 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini A.Məmmədov idarə etdiyi “TOFAŞ” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki  sərnişinlərindən Cəlilabad rayon sakini Loğman Cəfərov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırmar aparılır.