Bakıda seksual manyakdan azyaşlı qıza qarşı İYRƏNC CİNAYƏT
    • 5-11-2019, 13:17
    • 1 845

Bakıda seksual manyakdan azyaşlı qıza qarşı İYRƏNC CİNAYƏT

Bakıda azyaşlı qıza qarşı seksual xarakterli cinayət törətmiş şəxs barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, paytaxt ərazisində azyaşlı qıza (Z.M) qarşı seksual xarakterli əməl törədərək onunla qeyri-təbii yolla cinsi əlaqəyə girmək istəyən Yaşar Rzayev tutulub. Azyaşlının valideynlərinin müraciətindən sonra həmin şəxs məsuliyyətə cəlb edilib və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni, Seksual xarakterli zorakılıq hərəkətləri - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə iş açılıb.

Əməli sübuta yetirilərsə Yaşar Rzayevi səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.