Bakıda azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq əməlləri törətmiş şəxs barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Babayev Şamo Xanmurad oğlunun azyaşlı S.Ağayevə qarşı etdiyi seksual xarakterli zorakılıq əməli faktı ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.3-cü, yəni, seksual xarakterli zorakılıq hərəkətləri - təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə cinayət işi açılıb.

Artıq iş üzrə ibtidai istintaq yekunlaşıb və materiallar Baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, seksual manyakın əməlləri azyaşlının evdə başına gələnlər barədə danışmasından sonra üzə çıxıb.

Teglər: Bakı Hadisə Cinayət Zorakılıq
Kotanli