Prezident 3 generalı İSTEFAYA GÖNDƏRDİ - SƏRƏNCAM
    • 27-02-2020, 15:18
    • 1 624

Prezident 3 generalı İSTEFAYA GÖNDƏRDİ - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.

News24.az
xəbər verir ki, sərəncamla aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıblar:

general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu
general-leytenant Xəlilov Əsgər Sabir oğlu
general-leytenant Tağızadə Fərhad Sabir oğlu.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.