-
- 27-02-2020, 17:42
- 929
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti bərpa edildi- YENİLƏNİB-2
"Elektrik enerjisinin dayanıqlığı təmin olunduğu üçün Metropolitenin 3 stansiyasının ("Həzi Aslanov", "Əhmədli", "Xalqlar Dostluğu") fəaliyyəti bərpa edilib".
Bu barədə News24.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
***
Bakı metrosunda gərginliyin düşməsi nəticəsində qatarların hərəkətində fasilə yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun News24.az-a verdiyi xəbərə görə, saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xətlərində gərginliyin verilməsində problem yaranıb: ”Koroğlu” metrostansiyasından “Həzi Aslanov”a qədər gərginliyin düşməsi müşahidə olunub, bu da qatarların hərəkətində fasiləyə səbəb olub. Xətlərin bütün sahələrində gərginlik bərpa olunub. Yalnız "Xalqlar Dostluğu", "Həzi Aslanov", "Əhmədli" stansiyalarının fəaliyyəti dayandırılıb".
B.Məmmədiv sərnişinlərin təxliyyə olunduğunu deyib: "Hazırda tuneldə qatar yoxdur. Bütün qatarlar stansiyalara çıxarılır. Qatarlar "Neftçilər" stansiyasına qədər hərəkət edir. Qeyd edilən sahədə dizel-generatorlar qoşulmaqla, qatarlar stansiyalara verilib və sərnişinlər təxliyə olunub".
Afaq Mirayiq