-
- 27-02-2020, 17:33
- 536
"Ova qənimət deyil, istirahət kimi yanaşmalıyıq" - PETER YANAKEV
Hazırda Bakıda “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq Forum keçirilir.
Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan forumda xarici, yerli ekspertlər, QHT-lər və dövlət qurumları iştirak edib.
News24.az xəbər verir ki, tədbirin bolqariyalı iştirakçısı, beynəlxalq ekspert Peter Yanakev bildirib ki,Azərbaycanın gözəl və füsunkar təbiəti olduğu haqda çox eşidib: "Bu forum da mənə fürsət verdi ki, gəlib bu gözəlliklərin canlı şahidi olum. Bakı çox gözəldir, gözəl havası var, yəqin ki, milli parkları, dağları daha da gözəldir. Fürsət tapıb milli parkları səyahət edəcəm, çünki Azərbaycandakı bu zəngin flora və faunanı çox görmək istəyirəm".
Beynəlxalq ekspert bildirib ki, təbiət öz-özünü tənzimləmə mexanizminə malikdir. Əgər populyasiyanın sıxlığı imkan verirsə, ərazidə davamlı və dayanıqlı ov fəaliyyəti ilə məşğul olmaq mümkündür. Bu zaman vəhşi təbiətə ziyan vurmamaq və yaşama yerlərini dağıtmamaq əsas şərtdir. O, öz ölkəsindəki ov təcrübəsini də iştirakçılarla bölüşüb.
Beynəlxalq ekspertin sözlərinə görə, ovçular ov qanunvericiliyinin tələblərinə ciddi riayət etməli, əvvəlcə düşünməli, sonra atəş açmalıdır: "Bizim ölkəmizdə ov fəaliyyəti ilə məşğul olmaq üçün uzunmüddətli təlim və treninqlər keçirilir. Azərbaycanlı ovçulara ova qənimət kimi deyil, istirahət kimi yanaşmağı tövsiyə edirəm. Ov məsuliyyət və istirahətdir".
Forumda iştirak edən və 12 il Azərbaycanda fəaliyyət göstərən almaniyalı mütəxəssis Hartmurd Müller isə bildirib ki, Azərbaycan zəngin və rəngarəng təbiətə malikdi: "Burada işlədiyim illər ərzində Azərbaycanın bütün ərazisini gəzmişəm, flora və faunanın zənginliyini, biomüxtəlifliyini görmüşəm. Ölkənin səfalı təbiətini, zəngin təbiətinin gözəlliyini gəzib görmək lazımdır".
H.Müller qeyd edib ki, azərbaycanlılar təbiəti çox sevir və ona hörmət edirlər: "İnanıram ki, Azərbaycan ovçuları da qısa müddətdə fəaliyyətlərində dönüş yaradacaqlar və bu forumdan sonra Azərbaycanda davamlı və dayanıqlı ov mədəniyyəti formalaşacaq, kortəbiilik tez bir zamanda aradan qalxacaq".
Tədbirin iştirakçısı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalovun fikrincə, ovun tamamilə ləğvi düzgün deyil, ova müvafiq normalar çərçivəsində icazə verilməlidir. Ova icazə verilərkən sərt tələb qoyulmalıdır ki, bir və ya iki dənədən artıq canlı vurulmasın: "Heyvanların icazə verilən normadan artıq ovlanmasının əleyhinəyəm və düşünürəm ki, ov üçün ayrılmış ərazilərdə, yəni ovçuluq təsərrüfatlarında, qanun-qaydalar çərçivəsində ov edilməlidir. Əsl ovçu hər heyvana, quşa güllə atmamalıdır, təbiətə vicdanla yanaşmalıdır".
Forumda qonaq qismində iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə isə çıxışında qeyd edib ki, ov məsələsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Yəni böyük bir toplum bunu tamamilə qeyri-düzgün, anti-humanist bir fəaliyyət sayır və ovun qadağan olunmasını istəyir, digər qrup isə bunu keçmişdən qalma adət-ənənəmizin bir hissəsi, istirahəti təşkil etmə sferamızdan biri adlandırır və bu sahənin daimi olmasını istəyirlər. ETSN həm ovçuların hüquqlarının müdafiəsi, həm də təbiətin mühafizəsi üçün ortaq bir məxrəc tapmağa çalışır. Həyata keçirdiyimiz strategiya məsuliyyətli ovçuluğun aşılanmasına yönəlib. Ovçu təbiət qarşısında məsuliyyətini dərk etməli, mövcud qaydalara, tələblərə əməl etməlidir. Məqsədimiz məsuliyyətli ovçuluğu təmin etməkdir.
Forumun iştirakçısı olan Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov isə ov qaydalarına əməl olunmasının vacibliyindən, qaydalardan kənar ovun bioloji müxtəlifliyə vurduğu zərərlərdən danışıb.
Tədbirdə İDEA İctimai Birliyinin nümayəndəsi Surxay Şükürov, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun nümayəndəsi Səbinə Bünyadova, Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov və digər iştirakçılar məsuliyyətli ovun vacibliyindən, əhəmiyyətindən danışaraq ovçuları təbiətə laqeyd münasibət bəsləməməyə, qaydalar çərçivəsində ov etməyə çağırıblar.