-
- 13-09-2018, 11:35
- 1 094
Evinin sökülməsinə etiraz edərək özünü yandıran kişi öldü – Bakıda
Evinin sökülməsinə etiraz edərək özünə qəsd edən Şahmərdanov Musayıl İsmayıl oğlu vəfat edib.
Bu barədə onun həyat yoldaşı Aytən Şahmərdanova bildirib.
Sabunçu rayonu, Sabunçu qəsəbəsi Əmir Bağırov küçəsi 14 ünvanında yaşayan ailənin hadisə nəticəsində iki nəfər üzvü yanıq xəsarəti alıb. Belə ki özünü yandıran Musayıl Şahmərdanovu xilas edərkən A.Şahmərdanova da yanıb. Ağır yanaq xəsarəti alan M.Şahmərdanovun həyatını xilas etmək mümkün olmayıb.
A.Şahmərdanovanın sözlərinə görə, SOCAR əməkdaşları yaşadıqları evi sökməyə cəhd etdikləri üçün bu hadisə baş verib. Mülkiyyətinin sökülməsinə etiraz edən M.Şahmərdanov SOCAR əməkdaşlarının gözü qarşısında üzərinə benzin tökərək özünü yandırıb.
Qeyd edək ki hadisə ilə bağlı SOCAR-a göndərilən sorğuya cavab almaq mümkün olmayıb.
//Bizimyol.info