"Unudulmayacaqsan sənətkar..."
    • 29-02-2020, 14:33
    • 2 034

"Unudulmayacaqsan sənətkar..."

Əməkdar artist Elnur Kərimov sosial şəbəkədə bu gün dünyasını dəyişən Ağaxan Salmanlı haqda paylaşım edib.

News24.az xəbər verir ki, Kərimov məyyusluğunu bu cür dilə gətirib: "Inanmaq çetindir. Məkanın cənnət olsun ustad sənətkar. Sənin mənim üzərində haqqın böyükdür. Teatrda qalmağımın və sevməyimin əsas səbəblərindən biri gənclərə göstərdiyin dəyər və sevgi idi. Mart ayının birində axı biz  "Tiq-tiq xanım" tamaşasasının 75-ci Yubiley tamaşasını oynayacaqdıdq. Unudulmayacaqsan sənətkar".

Gənc aktrisa Günel Məmmədova da "İnstagram"da baş sağlığı verib: "Agaxan müəllim inana bilmirəm necə ola bilər axı. Axı hələ sabah qurduğunuz tamaşanın 75 ci yubileyi olacaqdı və sizi də orda görəcəkdim. Dəhşət...Allah rəhmət eləsin sizə sənətkar".

Xalq artisti, aktrisa Naibə Allahverdiyeva sosial hesabında paylaşım edib. O, sözügüdən toyda iştirak etdiyini və mərhum aktyorun baxışlarında qəribəlik hiss etdiyini bildirib: "Sabahınız xeyir xəbərlə açılsın. Bu gün incəsənət dünyamıza ağır itki üz verdi. Sözün əsl mənasında əsl sənətkar, Respublikanın Xalq artisti Ağaxan Salmanov dünyasını dəyişdi. Şokdayam, dünən nəvəsinin toyunda iştirak edirdim. O bizimlə güldü, danişdı, rəqs etdi, amma elə bil baxışlarında bir qəribəlik var idi. Sən demə vidalaşırdı bizimlə!!!! Gecəni səhərə qədər yata bilməmişəm, elə bil, nəsə hiss edirdim. Allah rəhmət eləsin!" 

Qeyd edək ki, Xalq artisti Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.

Sevda Bayramova