Qrip virusunun koronavirusdan fərqi nədədir?- VİDEO
    • 29-02-2020, 13:56
    • 820

Qrip virusunun koronavirusdan fərqi nədədir?- VİDEO

"Koronavirusun qripdən əsas əsas fərqi alt tənəffüs orqanlarına keçib, sətəlcəm yaratma özəlliyidir".

Bu sözləri həkim-infeksionist Fərrux Sədirov "Hədəf" verilişində koronavirusun xüsusiyyətləri barədə danışarkən deyib.

Mütəxəssis qeyd edib ki, bu virusun əsas əlamətləri 38 dərəcədən yüksək olan qızdırma, baş ağrısı və nəfəs çatışmazlığı:

"Bu virusa yoluxanların cəmi 5 faizində xəstəlik ağırlaşır. 81 faiz onu yüngül, 14 faiz isə orta ağır keçirir".