Bakı Nəqliyyat Agentliyi vətəndaşlara ehtiyatlı olmağı TÖVSİYƏ ETDİ
    • 2-03-2020, 10:03
    • 806

Bakı Nəqliyyat Agentliyi vətəndaşlara ehtiyatlı olmağı TÖVSİYƏ ETDİ

"Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar, bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik".

Bu barədə Bakı Nəqliyyat Agentliyinin hərəkət iştirakçılarına müraciətində bildirilir. 

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən olunan sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.
Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik", - qurum bəyan edib.