Bakı metrosunda qatarların hərəkəti LƏNGİDİ
    • 2-03-2020, 10:16
    • 881

Bakı metrosunda qatarların hərəkəti LƏNGİDİ

Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” stansiyasından “Həzi Aslanov” stansiyasına gedən qatar texniki səbəbdən “Memar Əcəmi” stansiyasında sərnişinləri düşürülüb.

Bu barədə News24.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qatar stansiyanın dalan hissəsinə verilib, onun əvəzində depodan xəttə yeni qatar buraxılıb. 

"Həmin vaxt "Memar Əcəmi" stansiyasından "Nəriman Nərimanov" stansiyasına qədər bir qatar xətdə olmadığı üçün iki qatar arasında interval iki dəfə artıq olub", - o qeyd edib.