-
- 3-03-2020, 12:50
- 635
Valideynlər daha çox sağlam uşaqları övladlığa götürmək istəyirlər"- NAZİR MÜAVİNİ
"Sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı bir sıra güzəştlər gözlənilir".
News24.az xəbər verir ki, bunu "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatı və mətbuat konfransında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Nazir müavini deyib ki, Əmək Məcəlləsinə uyğun güzəştlər, vergi güzəştləri də nəzərdə tutulur. Bundan əlavə, istərdik ki, onlara aylıq müavinətlər də ayrılsın. Yəni bir çox sahələr üzrə istər uşağın özünə, istərsə də valideyn namizədə güzəştlər və dəstəkverici mexanizmlər nəzərdə tutulur".
Nazir müavini onu da deyib ki, övladlığa götürülmə üçün münasib olan təxminən 40 uşağın yarısı demək olar ki, sağlamlıq imkanları məhdud uşaqlardır:
"Təəssüf ki, valideyn namizədlər daha çox sağlam uşaqları övladlığa götürmək istəyirlər".
A.Kərimov onu da əlavə edib ki, bu sistemin faydalarından biri də müəssisələrdəki uşaqların siyahılaşdırılması, uçota alınması və bu sahədə dolğun, lazım olan parametr üzərində siyahı formalaşdırmaqdır:"Hazırda bu proses getməkdədir. Nəzərə alın ki, burada söhbət 1-2 müəssisədən getmir. Təsəvvür edin ki, 3 yaşa qədər uşaqlarla bağlı qeydiyyat səhiyyə müəssisələri tərəfindən aparılırdı. Eyni zamanda 77 regionda yerli icra hakimiyyəti orqanlarında da müəyyən siyahılar var, biz onu da əldə etməyə çalışırıq. Digər tərəfdən əcnəbilər də övladlığa götürmədə iştirak edirlər. Bunların qeydiyyatını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparırdı. Hazırda biz yekun bazanı formalaşdırırıq, siyahıları alıb yoxlayırıq. Bizim sosial işçi həmin siyahıları bir daha yoxlayır, səfərlərə gedir, ailələri ziyarət edir. Bu çox vacib məqamdır".
Afaq Mirayiq