Naxçıvanda da ümumtəhsil və peşə məktəbləri BAĞLANDI
    • 3-03-2020, 16:20
    • 711

Naxçıvanda da ümumtəhsil və peşə məktəbləri BAĞLANDI

Mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi  dayandırılıb.

News24.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək. 

Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq. /APA/