"Sumqayıt məktəbləri dezinfeksiya olunmayıb fikri yalandır" - AÇIQLAMA
    • 4-03-2020, 15:47
    • 930

"Sumqayıt məktəbləri dezinfeksiya olunmayıb fikri yalandır" - AÇIQLAMA

Sumqayıtda fəaliyyət göstərən 46 ümumtəhsil müəssisəsi, 3 məktəbkənar, Təhsil Nazirliyinin tabeliyində olan 3 məktəb və 1 Evdə Fərdi Təhsil Məktəbində dezinfeksiya işləri həyata keçirilib.

Bu barədə News24.az-a açıqlamasında Sumqayıt şəhər təhsil şöbəsinin müdiri, Sumqayıt şəhər icra Hakimiyyətinin tərəfindən koronavirusla bağlı yaradımış qərargahın üzvü Arzu Alızadə bildirib. 

Onun sözlərinə görə, Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) tərəfindən bütün təhsil müəssisələrində dezinfeksiya işləri aparılıb:“Qaçqın və məcburi köçkün ailələrinin yerləşdiyi ərazidə olan məktəblər də bu siyahıya daxildir. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən dezinfeksiyaedici məhlullar məktəblərə paylanıb. Məktəblər özləri də partalar, oturacaqlar, pəncərə və qapıların tutacaqlarıı, məhəccərlər məktəbin texniki işçiləri tərəfindən bir daha təmizləniəcək. həftə sonu yenə 5,6, bazar günləri təkrar GEM və şəhər rəhbərliyi tərəfindən ikinci dəfə dezinfeksiya işləri aparılacaq”. 

Şöbə müdiri Sumqayıt məktəblərinin dezinfeksiya olunmaması ilə bağlı deyilən fikirlərə də münasibət bildirib: "Mümkün olan bir şey deyil. Respublikada bu məsələyə birinci reaksiya verən Sumqayıt olub, şəhər icra başçısı tərəfindən əmr verilib, qərargah yaradıldı, qərargahın üzvlərindən biri də mənəm. Ona görə bütün aparılan işlərdən xəbərdaram”. 

Afaq Mirayiq