"Natiq" ritm qrupu ölkəmizi beynəlxalq festivalda təmsil edir
    • 14-09-2018, 11:26
    • 1 688

"Natiq" ritm qrupu ölkəmizi beynəlxalq festivalda təmsil edir

News24.az xəbər verir ki, bu gün Qazaxıstanda 14 dövlət arasında Ritm Festivalı keçirilir. 

 Festivalın açılışını Azərbaycanın xalq artisti "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov edəcək. Bütün dövlətlərin musiqiçiləri səhnəyə "Natiq" ritm qrupunun ifa edəcəyi "Sarı gəlin" musiqisinin  sədaları altında çıxacaq.

Qeyd edək ki, festivalda Azərbaycan, Hindistan, Gürcüstan, Latviya, Kanada, İrlandiya, Özbəkistan, Qazaxıstan, ABŞ, Litva, Qırğızıstan, Başqırğıstan və s iştirak edəcəklər.