Məktəbdə bıçaqlanma ilə bağlı cinayət işi BAŞLANILDI
    • 6-02-2020, 13:53
    • 1 536

Məktəbdə bıçaqlanma ilə bağlı cinayət işi BAŞLANILDI

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

hadisə şəhər saatlarında rayonun 1 saylı orta məktəbində baş verib.

Belə ki, məktəbin 9-cu sinif şagirdi M.Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü N.Əliyevi mübahisə zəminində bıçaqlayıb.
Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törədən M.Qasımov müəyyən edilib.

Araşdırma aparılır. /Report/