-
- 10-03-2020, 17:12
- 872
Bakıda qısqanc oğlan bacısını doğradı
Bakıda bacısını bıçaqlayaraq öldürməyə cəhd göstərən şəxslə bağlı Ali Məhkəməyə müraciət edilib.
News24.az-ın məlumatına görə, bacısı Əfsanə Əhmədovanı bıçaqladığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.120.1-ci, yəni, qəsdən adam öldürməyə cəhd maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Niyaməddin Məmmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsi tələb edilib. Müraciətə Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ittiham aktına görə, Xətai rayonunda kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı N. Məmmədov tərəfindən bıçaqlanıb.
Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən N. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun ittiham olduğu maddə tövsiyə edilib və N. Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Prokurorluq N. Məmmədov barəsində hökmdən protest verib. Bakı Apellyasiya Məhkəməsində prokurorluğun protesti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.