-
- 30-11-2019, 13:41
- 1 179
Bakıda dəhşət - Qardaş 30 yaşlı bacısını doğradı
Bakıda qardaşın bacısını öldürməyə cəhd etməsi hadisəsi ilə bağlı Suraxanı rayon Prokurorluğunda açılmış cinayət işi üzə ibtidai istintaq başa çatıb.
News24.az-ın məlumatına görə, Yeni Suraxanı qəsəbəsində bacısına 3 bıçaq zərbəsi endirən Əliyev Baba Vaqif oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29. 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Fikrət Qəribovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası dekabrın 6-na təyin edilib.
Qeyd edək ki, bir neçə ay əvvəl Yeni Suraxanı qəsəbəsində ailə münaqişəsi zəminində qardaş öz bacısı, 1989-cu il təvəllüdlü Əliyeva Səbinə Vaqif qızına bıçaqla xəsarət yetirib.
Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Qarın nahiyəsindən 3 bıçaq xəsarəti alan S.Əliyeva ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.