-
- 11-03-2020, 12:25
- 729
Qubada meşə sahəsi YANDI - FOTO
Mart ayının 10-da müxtəlif vaxtlarda Quba Rayon Polis Şöbəsinə rayonun bir neçə kəndləri yaxınlıqlarında yerləşən meşəlik ərazilərdə yanğın baş verməsi barədə məlumatlar daxil olub. Məlumatlarla əlaqədar polis əməkdaşları hadisələrin baş verdiyi ərazilərə yollanıblar.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan News24.az-a verilən məlumata görə, rayonun Dəvədabanı yaşayış massivi, eləcə də Səbətlər, Bərqov, İspik və Yuxarı Tüləkəran kəndlərinin yaxınlıqlarında yerləşən meşə massivlərində baş verən yanğınlar zamanı ümumilikdə 14 ha yaxın ərazidə meyvə bağı, kol-kos və qutu otlar yanaraq məhv olub.
Həmin ərazilərin bəzilərinin coğrafi şəraiti dağlıq olduğundan FHN-nin yanğından mühafizə briqadası yanğın baş verən əraziyə qalxmaqda çətinliklərlə üzləşiblər.
Bu zaman isə Quba RPŞ-nin əməkdaşları dərhal baş verən yanğın hadisələrinə operativ şəkildə reaksiya verərək, alovun qarşısının alınması istiqamətində bütün zəruri tədbirləri həyata keçiriblər. Əsasən fiziki qüvvə ilə yanğınları tez bir zamanda ram etməyə müvəffəq olan polislər, hadisənin baş verdiyi ərazilərdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların miqyasının böyüməsinin qarşısını vaxtında alıblar.
Hadisələr nəticəsində xəsarət alan olmayıb, yanğınların baş vermə səbəbləri araşdırılır.