-
- 2-11-2018, 13:05
- 1 134
Donald Tramp G20 sammitində Çinlə ticarət sazişi bağlamaq niyyətindədir
ABŞ Prezidenti Donald Tramp Administrasiya əməkdaşlarına Çinlə ticarət sazişi bağlanması işlərinə dair hazırlığa başlamağı tapşırıb.
Bu barədə "Bloomberg" agentliyi məlumat verib.
Qeyd olunur ki, ABŞ Prezidenti saziş layihəsini noyabrın 30-dan dekabrın 1-dək Argentina paytaxtı Buenos-Ayresdə keçiriləcək G20 sammitində Çin Xalq Respublikasının sədri Si Tszinpinə təqdim etmək niyyətindədir.
Tramp əvvəl də "Twitter"də Çin lideri ilə telefon danışıqları apardığını, ticarət əlaqələrini müzakirə etdiklərini yazıb. Çin Mərkəzi Televiziyası isə D.Trampın Çin tərəfi ilə iqtisadi-ticari problemlərlə bağlı konstruktiv dialoq qurulmasının tərəfdarı olduğunu xəbər verib.