"İctimai" Televiziyanın binasında BƏDBƏXT HADİSƏ - 6-cı mərtəbədən YIXILDI
    • 12-03-2020, 13:56
    • 984

"İctimai" Televiziyanın binasında BƏDBƏXT HADİSƏ - 6-cı mərtəbədən YIXILDI

Bakıda “İctimai” televiziyasının binasında xoşagəlməz hadisə baş verib.

News24.az Lent.az-a istinadən xəbər verir ki, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb. Rasim adlı əməkdaşın 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Bu xəbəri Mərkəzdən Lent.az-a təsdiqləyiblər. Bildirilir ki, vəziyyəti ağırdır.

Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki məlum deyil.

Xəbər barədə əlavə məlumat veriləcək.