Qənirə Paşayeva TƏLTİF EDİLDİ - FOTO
    • 12-03-2020, 17:08
    • 687

Qənirə Paşayeva TƏLTİF EDİLDİ - FOTO

Mahmud Kaşqari adına Beynəxalq Fondun Mükafat Komissiyası türk-islam mədəniyyəti qarşısında göstərdiyi böyük xidmətlərə görə millət vəkili, professor Qənirə Paşayevanı Beynəlxalq Mahmud Kaşqari Mükafatı ilə təltif edib. Təqdimetmə mərasimi 10 mart 2020-ci ildə, saat 16-00-da keçirilib.

News24.az xəbər verir ki, 2006-cı ildə Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən təsis edilən Beynəlxaq Mahmud Kaşqari Mükafatı türk-islam mədəniyyəti qarşısında özəl xidmətlərə görə Beynəlxalq Komissiya tərəfindən verilir.

Komissiyanın sədri görkəmli Qazaxstan yazıçısı, akademik Sabit Dosanovdur. Mükafatı alanlar sırasında Türkiyənin 9-cu prezidenti Suleyman Dəmirəl, görkəmli şair Oljas Suleymenov (Qazaxstan), akademik Abel Məhərrəmov, akademik İsa Həbibbəyli, akademik Muxtar İmanov, akademik Teymur Kərimli, əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, professor Namiq Kamal Zeybək (Türkiyə), Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhat Kabaklı, akademik Sabit Dosanov (Qazaxstan), rus filosofu Aleksandr Duqin, xalq yazıçısı Çingiz Abdullayev, Qazaxstan Yazıçılar Birliyinin sədri, şair Ulugbek Esdoulet, Qırğızıstanın xalq şairi Mark Abay Aamatov, xalq şairi Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi və digər məşhur şəxslər var.

Mahmud Kaşqari adına Beynəlxalq Fond AYB sədri Anar Rzayev, Arif Əmrahoğlu və Elxan Zal Qaraxanlı tərəfindən təsis edilib.