Azərbaycanda 2 əmioğlunu öldürmək istədilər – ŞOK GÜLLƏLƏNMƏ
    • 13-03-2020, 16:12
    • 873

Azərbaycanda 2 əmioğlunu öldürmək istədilər – ŞOK GÜLLƏLƏNMƏ

Bir neçə ay əvvəl Şamaxı rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən hadisəni törətmiş və bu əmələ görə məsuliyyətə cəlb edilmiş şəxslər Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 228-ci, yəni, qanunsuz odlu silah əldə etmə, saxlama, gəzdirmə maddəsi ilə ittiham edilərək təqsirli bilinmiş Cəbrayılov Samir Ədalət oğlu və Surxayev Nadir Babaqulu oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barələrindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, hadisə ötən il iyunun 7-də Şamaxı şəhəri, Axundov küçəsində qeydə alınıb. Şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Əlibala oğlu Qədimov ona naməlum şəraitdə açılan atəş nəticəsində sol əl nahiyəsindən güllə yarası alıb. Həmin hadisə zamanı C.Qədimovun yanında olan əmisi, şəhər sakini Elxan Əlibaba oğlu Qədimova isə qarınının ön divarı nahiyəsindən bir bıçaq zərbəsi vurulub. Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.