Xəstə ziyarəti də qadağan edildi
    • 13-03-2020, 21:15
    • 763

Xəstə ziyarəti də qadağan edildi

Azərbaycanda sabahdan tədbiq olunacaq xüsusi rejimlə əlaqədar tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilib.

Bu barədə News24.az-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir.

Qeyd edək ki, tətbiq olunan xüsusi rejim bir ay davam edəcək.