Bakıda müəllim çinli tələbələrlə koronavirusa mahnı bəstələdilər
    • 14-03-2020, 19:13
    • 735

Bakıda müəllim çinli tələbələrlə koronavirusa mahnı bəstələdilər "Səni yanasan, koronavirus"

Türkiyəli  tarix müəllimi Semih İpek Bakıda çinli tələbələri ilə birlikdə çəkdiyi "Kor olasan koronavirus" klipi sosial mediada böyük diqqət çəkib.

News24.az xəbər verir ki, sözləri özünə aid olan "KoronavirüsⅦ adlı mahınısının musiqisi Ərzurum oyun havası tərzində ifa edib səsləndirən Semih İpek çəkdiyi klipdə kamera qarşısına Çinli şagirdləri Dong Yuji və Wang Kai ilə birlikdə çıxıb.

Korona mahnısında Azərbaycanda təhsil alan  tələbələr Dong Yuji və Wang Kai  "İnsanlıq Koronanı məğlub edəcək" fikirlərini çin dilində səsləndiriblər. Onların bu sözləri izləyənləri kövrəldib. 

Azərbaycanda lisseylərin birində müəllimlik edən Dadaş Semih İpek 2 ildir tarix fənnindən dərs dediyini bildirib.