Bakıda çinli tələbə müayinə edildi evə buraxılacaq
    • 31-01-2020, 16:22
    • 942

Bakıda çinli tələbə müayinə edildi evə buraxılacaq

Bakıdakı universitetlərdən birində təhsil alan çinli tələbə yanvarın 12-dən 19-na qədər Çində olub. 

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, o, ayın 27-si Kliniki Tibbi Mərkəzə respirator infeksiya ilə mürəciət edib. Dərhal lazımi yardım göstərilib. Xəstədən alınan analizlər laboratoriyaya göndərilib.

Xəstəxananın baş direktoru Ədalət Dadaşovun verdiyi məlumata görə xəstənin vəziyyəti yaxşıdır, yaxın günlərdə evə buraxılacaq.