-
- 17-10-2019, 09:43
- 970
Siyasi partiyanın sədr müavinin oğlu FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO
MHP partiyasının sədri Dövlət Bağçalının müavini Semih Yalçının oğlu faciəvi şəkildə ölüb.
News24.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, hadisə Ankarada baş verib. Ankara Qalasında Türk bayrağının olduğu hasardan iki nəfərin yıxılması xəbəri ilə bağlı əraziyə çox sayda polis, Təcili Tibbi Yardım və xilasetmə qrupu gəlib.
Qala divarlarından təxminən 70 metr aşağıya enən qrup orada iki gəncin olduğunu bildirib.
Gənclərdən birinin ağır yaralandığı, digərinin həyatını itirdiyi müəyyən edilib. Naməlum yaralı gənc təcili yardım maşını ilə yerindən Hacettepe Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.
Semih Yalçının oğlu Turan İlteber Yalçının isə dünyasını dəyişdiyini bildirilib.
Ankara Təhlükəsizlik Müdiri Servet Yılmaz, hadisə yerinə gələn polis müdirləri ilə birlikdə araşdırmalar aparıb. Oğlunun ölüm xəbərini alan sədr müavini hadisə yerinə gələrək S.Yılmazdan məlumat alıb.