Bakıda kişi 6 qadını soydu
    • 6-02-2020, 17:44
    • 1 133

Bakıda kişi 6 qadını soydu

Bakıda soyğunçuluqla məşğul olan şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsində Həşimov Ehtiram Cəlilağa oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci, yəni, soyğunçuluq - təkrar törədildikdə maddəsi ilə açılan işin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ehtiram Həşimovun soyduğu 6 nəfərin hamısı qadındır. O, şəhərin mərkəzində güddüyü qadınlara hücum edərək onların çantalarını əlindən alıb qaçırmış. Qadınlar zərərçəkən şəxs qismində tanınınıblar.