-
- 16-03-2020, 15:17
- 602
"Təhsil şəbəkəsinin daim texniki dəstəyə və yenilənməyə ehtiyacı var"- Natiq Yəhyayev
News24.az-a “AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayevlə müsahibəni təqdim edir.
- “AzEduNet” sözünün açıqlamasını verə bilərsinizmi?
“AzEduNet” sözü ingilis dilində “Azerbaijan Educational Network” – yəni Azərbaycan Təhsil Şəbəkəsi söz birləşməsinin qısaldılmış formasıdır.
- Qurumun adı onun təhsil yönümlülüyünə işarə edir. Bu barədə nə deyə bilərsiniz?
Bəli, bizim fəaliyyətimiz Azərbaycanın təhsil sektoruna yönəlib. Bildiyiniz kimi, təhsil sahəsindəki İKT xidmətləri kifayət qədər spesifik istiqamətdir. Bu sahədə işləmək üçün texniki cəhətdən inkişaf etmiş olmaq kifayət etmir. Təhsil sahəsinin ehtiyaclarını və təhsil sahəsindəki müasir tendensiyaları da bilmək vacibdir. Bu baxımdan qeyd edə bilərik ki, Təhsil Nazirliyinin həyata keçirdiyi və operatoru olduğumuz “Azərbaycan Təhsil Şəbəkəsi” (ATŞ) layihəsi təhsil sahəsində tətbiq edilən rəqəmsal texnologiyaların əsas dayaq infrastrukturudur.
- Bəs ATŞ deyərkən nə anlamaq olar? İnternetə qoşulmuş təhsil müəssisələri?
Xeyr, bu belə deyil. Məsələ burasındadır ki, təhsil şəbəkəsi texniki dillə desək korporativ fərdi şəbəkədir və bu şəbəkə daxilində bir neçə xidmət növü təklif olunur. Bunlardan biri də təhsil müəssisələrinin internetə qoşulmasıdır. Lakin internet təminatı göstərilən xidmətlərin yalnız 5%-ni təşkil edir. Bunu sadə nümunələrlə izah etməyə çalışacam. Təsəvvür edək ki, biz təhsil müəssisəsini yalnız internetə qoşmuşuq və ümumi təhsil şəbəkəsindən ayırmışıq. Bu zaman aşağıda qeyd olunan hallar baş verəcək:
• Vahid şəbəkədə olan təhsil müəssisələri arasında məlumat mübadiləsi, video bağlantıların yaradılması imkanı olmayacaq;
• İnternet məzmunun süzgəclənməsi işləməyəcək. Bununla da, məktəblərdə internetin təhlükəsizliyinə nəzarət etmək mümkün olmayacaq.
• Şagird/tələbə və müəllimlərin kompüterləri arasında informasiya mübadiləsi mümkün olmayacaq;
• Bütün açıq təhsil resurslarına çıxış sürəti aşağı düşəcək;
• Həftənin 7 günü, 24 saat təhsil müəssisələrinə göstərilən texniki dəstək dayanacaq. Bu siyahını uzatmaq da olar.
Lakin internet təminatı dayansa da, Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi imkanlar vasitəsi ilə Təhsil Nazirliyinin əhəmiyyətli resursları və digər xidmətlər şəbəkə daxilində yenə də öz fəaliyyətini davam etdirəcək. Belə ki, İP telefoniya, 146 qaynar xətti, video konfrans, maliyyə sistemi, qeydiyyat xidmətləri - misal üçün birinci sinifə sənəd qəbulu prosesi, həmçinin elektron tədris resurslarına giriş mümkün olacaqdır.
Təhsil şəbəkəsi çox böyük bir infrastrukturdur. Bu infrastrukturun daim texniki dəstəyə və yenilənməyə ehtiyacı var. Çoxsaylı xidmətləri dəstəkləmək üçün isə peşəkar mütəxəssislərin xidmətləri tələb olunur. Çünki təhsil şəbəkəsi təhsil ehtiyacları əsasında qurulmuş peşəkar bir sistemdir.
- Bəs təhsil müəssisələri hansı üsulla təhsil şəbəkəsinə qoşulurlar?
Bu təhsil müəssisəsinin ehtiyaclarına görə müəyyənləşdirilir. Misal üçün, çoxlu kompüter otaqları olan böyük məktəblər üçün optik lifli kabel vasitəsi ilə qoşulma tələb olunsa da, elə də böyük olmayan məktəblər üçün ADSL texnologiyası ilə qoşuruq. Ucqar ərazilərdə yerləşən və şəbəkə təminatı olmayan təhsil müəssisələrində isə LTE texnologiyalarına əsaslanan şəbəkə qurulur. Yəni, təhsil müəssisələri şagirdlərin sayı və digər parametrlərə görə qruplara bölünüb. Qoşulma üsulları isə bu qruplara əsasən müəyyən edilir.
Adətən minimal ötürmə sürəti 10 MB/saniyə, orta sürət isə 100 MB/saniyədir. Bundan başqa, 1 GB/saniyə və 10 GB/saniyə sürəti olan kanallar da mövcuddur. Bu sürətlər Təhsil Nazirliyinin data mərkəzi və nazirliyin özünün lokal şəbəkəsindədir.
- Siz LTE texnologiyaları haqqında söz açdınız. Bu nə deməkdir? Bu formatda informasiya ötürmək üçün avadanlıqlarınız varmı?
- Bizim LTE baza stansiyalarımız yoxdur, amma “Bakcell” şirkətinin timsalında çox yaxşı bir tərəfdaşımız var. “Bakcell” şirkəti bizimlə çalışmaq və «interconnection» texnologiyasını texniki cəhətdən reallaşdırmaq imkanına malikdir. Bunun sayəsində Təhsil Şəbəkəsi və “Bakcell”-in şəbəkəsi birləşdirilərək unikal bir qoşulma yaradırılıb. Bu tərəfdaşlıq sayəsində “Bakcell”-in şəbəkəsini və onun baza stansiyalarını birbaşa Təhsil Şəbəkəsinə qoşmağa imkan yaranır. Daha doğrusu “Bakcell” bizə imkan yaradıb ki, onun baza stansiyalarını öz resurslarımız kimi istifadə edək. Biz bu stansiyalar sayəsində öz trafikimizi idarə edirik, İP ünvanlar veririk, interneti filtrasiya edirik və s.
Özümüzün xarici 24dbi parabolik antenlər vasitəsi ilə gücləndirdiyimiz LTE modemləri istifadə edirik. Bu da öz növbəsində etibarlı kanal yaradır. “Bakcell”-in LTE əhatə dairəsində olan ərazilərdə informasiya ötürülməsi sürəti 40-50 MB/saniyə olur.
Əlavə olaraq qeyd etmək istərdim ki, 2019-cu ilin ortalarında Təhsil Nazirliyi, “AzEduNet” və “Bakcell” arasında üçtərəfli saziş imzalanıb. Bu sazişə əsasən, “Bakcell” tərəfindən təhsil müəssisələrinə 700 ədəd pulsuz data kart təqdim olunmuşdur. “AzEduNet” də öz növbəsində 700 təhsil müəssisəsini ödənişsiz olaraq, Azərbaycan Təhsil Şəbəkəsinə qoşub. Qeyd olunan layihə nəticəsində məktəblərin təhsil şəbəkəsinə qoşulması üçün nəzərdə tutulan dövlət vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət edilib. Həmin məktəblər təhsil şəbəkəsinə qoşulmaqla yanaşı, süzgəclənmiş internet trafiki ilə də təmin olunmuşdur.
- Deyə bilərsinizmi, bu gün təhsil müəssisələrinin şəbəkəyə qoşulması hansı vəziyyətdədir? Əgər çətin deyilsə, rəqəmlər də sadalayın zəhmət olmasa.
-Bu gün Azərbaycanda ümumilikdə 3900-dən çox ümumi təhsil müəssisəsi ATŞ-yə qoşulub. Şəbəkə hazırda ölkənin 75% ümumi təhsil müəssisəsini, ölkədə təhsil alan ümumi şagirdlərin 94%-ni, məktəblərdə tədris aparan müəllimlərin isə 90%-ni əhatə edir.
- Bəs fəaliyyətinizdə hansı standartlardan istifadə edirsiniz?
- Bizim əsas standartımız İSO 9001-dir. Bu standartı tətbiq etmək üçün Britaniya Standartlar İnstitutunu (BSI) cəlb etmişik. BSI işlərini tam keyfiyyəti ilə həyata keçirir və xırda nöqsanları belə bağışlamır. Bu standartları tətbiq etməkdə əsas məqsədimiz nəzərdə tutduğumuz İSO 20000 standartını almaq idi. Bunun üçün isə İSO 9001 standartı önəmli idi. BSİ-nin sərt nəzarəti altında İSO 9001 standartını almaqla biz İSO 20000 sertifikatına gedən yolumuzu açmış olduq.
İSO 20000 standartları üzrə də sertifikatlaşma BSİ auditorları tərəfindən həyata keçirildi. Qürur hissi ilə deyə bilərik ki, biz Azərbaycanda İSO 20000 standartını alan ilk qurumuq.
“AzEduNet” olaraq biz İTİL (Information Technology Infrastructure Library) təcrübələrini də tətbiq edirik. Bir müddət əvvəl Almaniyanın “Deutsche Telecom” audit şirkətinin yoxlamalarından uğurla keçmişik. Bu, şəbəkəmizin hansı inkişaf səviyyəsində olduğunu və hansı istiqamətdə inkişaf etməli olduğunu anlamaq üçün gərəklidir. Olduqca tələbkar və keyfiyyət məsələlərində kompromisə getməyən təşkilatdan müsbət rəy almaq çox sevindirici idi.