Trampın oğlu Obamanı təhqir etdi
    • 16-09-2018, 16:06
    • 828

Trampın oğlu Obamanı təhqir etdi

ABŞ prezidentinin oğlu kiçik Donald Tramp ölkənin sabiq prezidenti Barak Obamanı sərt tənqid edib.

Kiçik Tramp Obamanı təhqir edərək, ABŞ-ın ən yaxşı “satıcısı” adlandırıb.

O qeyd edib ki, sabiq dövlət başçısı bütün uğursuzluqlarına tərif verərək onları öz qələbələri kimi təqdim edib.

Onun sözlərinə görə, ABŞ-da heç bir “düşünən insan” Obamanın həqiqətən də Birləşmiş Ştatların iqtisadiyyatı və xarici siyasəti üçün hansısa müsbət addım atdığına inanmır.

Prezidentin oğlu hesab edir ki, atasının seçilməsi ilə ölkədəki vəziyyət köklü surətdə yaxşılığa doğru dəyişib.

//Oxu.az