İlham Əliyev irlandiyalı həmkarını təbrik etdi
    • 16-03-2020, 18:05
    • 1 295

İlham Əliyev irlandiyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev irlandiyalı həmkarı Maykl Higginsə təbrik məktubu göndərib.

News24.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və İrlandiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, uğurlar, xalqınıza rifah arzulayıram".