-
- 16-03-2020, 18:20
- 1 846
Dollar alanlar TƏŞVİŞDƏ - MƏZƏNNƏ DÜŞƏCƏK - EHTİMAL
Bir neçə gün öncə dollar bahalaşacaq deyə bankların qarşısında izdiham yaşanırdı. Manatın ucuzlaşacağından ehtiyat edən əhali dollar almaq üçün banklara axışırdı. Amma bir həftə ərzində dolların məzənnəsinin dəyişmədiyinin şahidi olduq. Üstəlik, manatın məzənnəsinin qalxacağı bildirilir. Bununla belə, Brent markalı neftin 1 barelinin qiymətinin 21 ABŞ dollarına qədər aşağı düşəcəyi barədə proqnozlar da verilir.
News24.az-ın əməkdaşı ilə söhbətdə iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, manatın bu cür enib-qalxma ehtimalı Amerika Federal Tədqiqatlar Sisteminin dolların uçot səviyyəsinin dəyişməsi ilə bağlıdır. Yəni, onun təxmini bir faiz aşağı düşərək sıfırlanması, 0.25 dərəcə ilə hesablanmasıyla bağlıdır. Təbii ki, belə ucuz dollar siyasəti Amerika iqtisadiyyatında koronavirusun yaratdığı fəsadların aradan qaldırılması, onun neytrallaşdırılması üçün yürüdülən siyasətdir. Bu addım valyutaların faktiki olaraq bir çoxuna təsir edəcək. Amma bunun Azərbaycan manatına, milli valyutasına təsiri olmayacaq”.
İqtisadçının sözlərinə görə, neftin qiyməti əsasən, enməyə meyillidir: “Hazırda dünya bazarlarında neftin bir barelinin qiyməti 32 dollar 22 sentdir. Qiymət 31 dollar 62 sentə kimi düşmüşdü. Baxmayaraq ki, hazırda qiymət bir qədər qalxıb, amma ümumilikdə qiymətlər daha çox enməyə meyillidir. Ümumiyyətlə, dünyada bu prosesin tənzimlənməsi koronavirus üçün peyvəndin tapılmasından asılıdır. Tapıldlğı və dünyaya elan olunduğu andan bütün bazarlarda, o cümlədın maliyyə bazarlarında sakitlik yaranacaq”.
Afaq Mirayiq