Salyanın polis rəisi işdən çıxarıldı - VİLAYƏT EYVAZOVDAN ƏMR
    • 17-03-2020, 17:25
    • 1 085

Salyanın polis rəisi işdən çıxarıldı - VİLAYƏT EYVAZOVDAN ƏMR

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, C.Vəliyev Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.