Tanınmış şair canlı yayımda intihara cəhd etdi
    • 9-07-2018, 10:05
    • 1 093

Tanınmış şair canlı yayımda intihara cəhd etdi

Dünən Azərbaycanda xüsusən gənclər arasında çox sevilən şair Cəlil Cavanşir canlı yayımda intihara cəhd edib.

News24.az xəbər verir ki, sosial şəbəkədə izləyiciləri ilə ünsiyət zamanı Cəlil Cavanşir narahatlıqlarını hiss etdirib və ülgüclə biləklərini doğrayıb.

Bundan o yayım kəsilib. Şairin qardaşı zamanında yetişərək onu  xəstəxanaya yerləşdirə bilib.

 Daha sonra Cəlil Cavanşir bu hərəkətinə görə üzr istəyib və bunun reklam məqsədi ilə edildiyini deyib. Şairin bu hərəkəti ictimai qınaqla qarşılanıb.

Hazırda  Cəlil Cavanşirin vəziyyəti stabildir.