Azərbaycanda qadağan olunmuş informasiyanı yayan şəbəkə istifadəçisi CƏZALANDIRILACAQ
    • 19-03-2020, 18:38
    • 1 086

Azərbaycanda qadağan olunmuş informasiyanı yayan şəbəkə istifadəçisi CƏZALANDIRILACAQ

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Məcəlləyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadiçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənlərin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətdə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək.