-
- 20-03-2020, 10:51
- 935
Narkotiklə tutulan Xızı sakininin digər cinayətləri də üzə çıxdı - FOTO
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Şorabad qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sərxan Mirzəyev qəsəbə ərazisində tutulub.
Onun üzərinə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq narkotik maddə olan heroin, yaşadığı evin həyətyanı sahəsindən isə bir ədəd müvafiq sənədləri olmayan lüləsi kəsilmiş “İj” markalı ” ov tüfəngi aşkarlanaraq götürülüb.
S.Mirzəyevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, S.Mirzəyevin cari ilin fevral ayında yaşadığı qəsəbə ərazisində iki fərdi yaşayış evindən məişət əşyaları və avadanlıqları oğurlayaraq dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib. Oğurluq yolu ilə əldə edilən bir ədəd televizor isə onun yaşadığı evdən maddi sübut kimi götürülüb.
Qeyd olunan faktlarla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.