Məktəb və universitetlər aprelin 20-dək bağlı olacaq - RƏSMİ
    • 20-03-2020, 13:36
    • 1 178

Məktəb və universitetlər aprelin 20-dək bağlı olacaq - RƏSMİ

Təhsil müəssisələrində tətilin vaxtı uzadılıb.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb: Azərbaycanda koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.