Müslüm Gürsesin həyat yoldaşı VƏFAT ETDİ
    • 20-03-2020, 15:45
    • 790

Müslüm Gürsesin həyat yoldaşı VƏFAT ETDİ

Türkiyənin tanınmış siması Müslüm Gürsesin həyat yoldaşı Muhterem Nur dünyasını dəyişib.  

News24.az xəbər verir ki, o, bu gün səhər saat 06.30 radələrində İstinye Dövlət Xəstəxanasında vəfat edib.

Şəkərli diabet xəstəsi olan və uzun müddət orqan çatışmazlığı ilə əlaqədar müalicə alan aktrisa dünən özünü yaxşı hiss etsə də, bu gün səhər saatlarında səhhəti ağırlaşıb və həkimlər onun həyatını xilas edə bilməyib.

Sevda Bayramova