Brilliant Dadaşova onu təkrarlayanlardan danışdı: "Həmin adamda insani keyfiyyətlər yoxdur"
    • 17-09-2018, 14:30
    • 2 018

Brilliant Dadaşova onu təkrarlayanlardan danışdı: "Həmin adamda insani keyfiyyətlər yoxdur"

Xalq artisti Brilliant Dadaşova küsülü olduğu əməkdar artist Lalə Məmmədovanın onun mahnısını oxumasına münasibət bildirib.

News24.az xəbər verir ki, sözügedən ifanı eşitmədiyini bildirən B.Dadaşova mahnıya görə müğənnidən halallıq almaq məsələsinə də aydınlıq gətirib:

"Oxunan mahnıları ifa etmək istəyən müğənnilər deməsin ki, mən halallıq aldım ya almadım. Bu söhbətləri yığışdırmaq lazımdır. Çox səviyyəsiz söhbət idi ortalığa salmışdılar. Bu məsələni yığışdırmaq lazımdır. Musiqidə nə halallıq?"

Xalq artisti onu təkrarlayanlara da mesaj yollayıb:

"Baxıb öyrənənlər var. İnsanın kimin vasitəsi ilə nəyə nail olduğunu, kimin ifasına qulaq asıb, xırdalıqları öyrəndiyini və qazandığı çörəyini danmaması onun insanı keyfiyyətləridir.

Əgər bütün bunları danırsa, deməli həmin adamda insani keyfiyyətlər yoxdur".

Teymur Məmmədov
//ATV Maqazin 10LARLA