Bu deputatlar da əməkhaqqını Fonda köçürəcək
    • 21-03-2020, 23:06
    • 558

Bu deputatlar da əməkhaqqını Fonda köçürəcək

Milli Məclisin daha bir komitəsinin üzvləri öz əməkhaqqısını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

News24.az xəbər verir ki, bu barədə "Qafqazinfo" ya komitənin üzvü Naqif Həmzəyev məlumat verib. O bildirib ki, Təbii Ehtiyatlar,Energetika və Ekologiya komitəsi, sosial məsuliyyət strategiyasına uyğun olaraq, bu gün bütün heyətlə online toplantı keçirib:

"Ölkəmizdə və bütün dünyada tüğyan edən bəlaya qarşı mübarizə çərçivəsində Cənab Prezidentimiz İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na əməkhaqqı vəsaitimizlə qoşulmağı qərara aldıq.

Bu günlərdə bu xəstəlikdən əziyyət çəkən bütün insanlara yardımçı olmaq bizim vətəndaşlıq və vicdan borcumuzdur".