"Azəriqaz" koronavirusla mübarizə üçün 180 min İANƏ ETDİ
    • 3-04-2020, 15:46
    • 787

"Azəriqaz" koronavirusla mübarizə üçün 180 min İANƏ ETDİ

Dünyada yayılmış koronavirusun (COVİD-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu Fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər.

Qurumdan News24.az-a verilən məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi də bu təşəbbüsə qoşularaq strateji rəhbərlərin bir aylıq vəzifə əmək haqqının 50%-i miqdarında (ümumilikdə 180 636 manat) vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.