-
- 22-03-2020, 00:40
- 929
Mədəniyyət Komitəsinin üzvləri də Fonda pul ayırır
Milli Məclisin Mədəniyyət Komitəsinin üzvləri də Fonda pul ayıracaq.
News24.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Modern.az-a açıqlamasında prezidentin nümunəvi addımına dəstək olaraq bir aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayacağını bildirib.
Bununla yanaşı millət vəkili bildirib ki, rəhbəri olduğu Mədəniyyət komitəsinin üzvləri də maaşlarının bir hissəsini fonda bağışlayacaqlar.
"Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri cənab prezidentin nümunəvi addımını alqışlayır.
Koronavirus pandemiyası dünya ölkələrini cənginə alıb. Şükürlər olsun ki, ölkəmiz bu pandemiyaya kütləvi yoluxmayib. Hesab edirəm ki, hər bir imkanlı şəxs cənab prezidentin təşəbbüsunə qoşulmalıdır. Hətta xaricdə yaşayan imkanlı azərbaycanlılari da bu təşəbbüsə qoşulmağa dəvət edirəm. Hər birimiz koronavirus pandemiyasina qarşı birlik nümayiş etdirməliyik. Həmçinin, "Alpaqut" federasiyasının prezidenti olaraq, digər federasiyalari da yardım etməyə çağırıram".
Millət vəkili bununla yanaşı, ölkədə və ölkə xaricində olan iş adamları və ziyalıların da bu kampaniyaya dəstək olacaqlarına inandığını da bildirib.
Millət vəkili yardım edən ziyalı və iş adamlarına da verdikləri dəstək üçün təşəkkürünü bildirib.