Bakı-Sumqayıt qatarının hərəkət cədvəli birgünlük dəyişdiriləcək
    • 3-05-2019, 14:53
    • 951

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli birgünlük dəyişdiriləcək

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.

Bu barədə News24.az-a "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. 

Belə ki, dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar sabah şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08-40-da yola düşən 6012 nömrəli, saat 09-05-də yola düşən 6014 nömrəli, saat 09-50-də yola düşən 6016 nömrəli, saat 16-55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16-00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.