Elor Group MMC fonda 5 min manat vəsait köçürüb
    • 23-03-2020, 20:40
    • 1 048

Elor Group MMC fonda 5 min manat vəsait köçürüb

Azərbaycanda 20 ildən artıqdır işıqlandırma sistemləri və çilçıraqların satışı ilə məşğul olan "ELOR GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti Prezidentin koronavirusla mübarizə üçün dəstək olmaq çağırışına qoşulub. 


News24.az xəbər verir ki, Elor Group MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat vəsait köçürüb.


Şirkət koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə Prezident İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə dəstək olaraq bu istiqamətdə təşəbbüslərin artırılmasına çağırış edir.